SON XƏBƏR

AMEA-da “akademik korrupsiya” ifşa edildi - Fotofakt

Aprel 28
21:41 2021
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov ilə AMEA prezidenti Ramiz Mehdiyevin qudası (kürəkəninin qardaşı) keçmiş MTN polkovniki Fikrət Əliyevin rəbərlik (biri müdir, digəri müavin) etdiyi AMEA İşlər İdarəsi dekabr ayında 29 min 980, aprel ayında isə 129 min 964 manatlıq tender keçirib. Qalib şirkət 2 il əvvəl yaranan "Service and Supply Ltd” MMC olub.

AzToday.az xəbər verir ki, bu barədə jurnalist Allahverdi Aydın məlumat yayıb.

Onun sözlərinə görə, 11 manat nizamnamə kapitalı olan "Service and Supply Ltd.” MMC-nin direktoru Rasimli Kəmalə Rasim qızı həm də AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.

"Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yazılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Amma gördüyünüz kimi, AMEA-dan əmək haqqı alan direktor müavini AMEA-nın tenderində nəinki iştirak edə bilib, hətta qalib də olub…
 

 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook