SON XƏBƏR

Almatıda həbs olunanların sayı 1,2 min nəfəri ötdü

Yanvar 11
11:28 2022
Son sutka ərzində şəhərdə kütləvi etirazlar fonunda törədilmiş terror aktları, talan və digər cinayətlərdə şübhəli bilinən 1237 nəfər saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Almatı komendantlığı bildirib.

"Digər əşyalarla yanaşı, 31 odlu silah və 1428 döyüş sursatı götürülüb”, - idarədən bildirilib.

Bildirilir ki, Alatau, Auezov və Medeu rayonlarının hissələri, həmçinin yerli hava limanı və Ojet mikrorayonuna bitişik yaşayış massivi qruplaşmalardan təmizlənib.

Keçid məntəqələrində hüquq-mühafizə orqanları "əməliyyat marağı” olan 38 nəfəri saxlayıb.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvarında başlayıb. Yerli sakinlər qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook