SON XƏBƏR

Allahşükür Paşazadə Gürcüstanda rəsmi səfərdədir

İyul 21
13:52 2022
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfər edib.

"Report”un yerli bürosu xəbər verir ki, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və Gürcüstan Patriarxlığının nümayəndələri Tbilisidə Heydər Əliyev adına parkda ülu öndərin büstünü ziyarət ediblər, önünə əklil qoyaraq xatirəsini ehtiramla anıblar.

Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İlya ilə görüşəcək. QMİ sədrinin həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Gürcüstan Prezidenti Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb. O, Tbilisi Cümə məscidinə də baş çəkəcək, Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri ilə görüş keçirəcək.

Səfər iyulun 23-də başa çatacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook