Ali məktəblərə ixtisas seçimi başa çatıb
Avqust 31
11:35
2021
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 11:00-da başa çatıb.
APA-nın məlumatına görə, I-V ixtisas qrupları üzrə 60620 elektron ərizə təsdiq edilib. Bunlardan 18718-i I qrup üzrə, 13272-si II qrup, 17139-u III qrup, 4936-sı IV qrup , 9076 ərizə isə V qrup üzrədir.