SON XƏBƏR

Agentlik Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yenilədi

May 16
10:26 2021
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in "Fitch Ratings" agentliyə istinadən verdiyi məlumata görə, proqnoz 0,4 faiz bəndi azaldılıb və hazırda agentlik ölkədəreal ÜDM-in artım tempinin 2,1% səviyyəsində olacağını gözləyir. 2022-ci ildə isə iqtisadi böyümənin 2,9% olacağı proqnozlaşdırılır."Fitch"ə görə, neft hasilatının tədricən artması və qeyri-neft ÜDM-nin bərpası 2021-ci ilin ikinci yarısından iqtisadi aktivliyə daha güclü dəstək olacaq.

Qurumun analitiklərinin fikrincə, 2022-ci ildə neft-qaz hasilatı eyni səviyyədə qalacaq(inkişaf yolunun pik həddini keçən neft hasilatı qaz sektorundakı böyümə ilə əvəzlənir) və bundan sonra tədricən azalacaq. "Fitch" islahatlarda yalnız məhdud irəliləyişinin olacağını və struktur sərtliklərinin və rəqabətdəki əngəllərin qeyri-neft birbaşa xarici investisiyalarına və iqtisadi şaxələndirmənin daha sürətli böyüməsinə məhdudlaşdırıcı təsir göstərəcəyini gözləyir.

Qeyd edək ki, ötən il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM istehsalı 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook