Adam dəli olur, hər tərəfdə Azərbaycan bayrağı... - Erməni “deputat”
Avqust 04
09:52
2021
Görünür, Ermənistanda get-gedə reallığı dərk etməyə başlayırlar. Söhbət ikinci Qarabağ müharibəsində ermənilərin məğlubiyyətindən sonra onlar üçün ağır qəbul olunan reallıqdan gedir. Lakin bu böyük məğlubiyyətin miqyasını dərk etmək üçün erməni siyasi xadimləri tez-tez Qarabağa səfər etməlidirlər.
Elə separatçı rejimin "parlamentinin deputatı” Metakse Akopyan da belə edib. Ermənistanın KİV-ləri xəbər verir ki, Metakse Facebook-dakı səhifəsində yazıb: