SON XƏBƏR

Abşeronda narazılıq - Abdin Fərzəliyevin yeni qiymətləri...

May 10
16:10 2022
Abşeronda əhali ev tikməyə icazə verilməsi üçün Abdin Fərzəliyevin yeni təyin etdiyi qiymətlərdən narazılıq edirlər. 

Bu haqda AzFakt.com-a müraciət edən sakinlər bildirirlər ki, yeni başçı tikintiyə icazə üçün qiymətləri iki dəfə qaldırıb. Belə ki, hazırda Abşeron rayonunun istənilən yaşayış məntəqəsində 50 kvadrat metrə qədər olan evlərin tikintisi üçün qiymət 2500 manat, 100 kvadrat metrə qədər 3000 min manata qaldırılıb. 2 mərtəbəli evlərin tikintisinə isə 4500 manat tələb olunur. İradə Gülməmmədovanın Abşerona rəhbərlik etdiyi dövrdə isə sakinlər icazə üçün 500 manatdan 1500 manata qədər xərc çəkdiklərini bildirirlər. 

Şikayətçilərdən biri qeyd edib ki, Abşeron rayon tikinti və memarlıq şöbəsinin müdiri həbs olunandan sonra ümumiyyətlə icazəyə görə bir müddət pul istəyən olmayıb. İndi isə Abdin Fərzəliyevin "səlahiyyətli nümayəndəsi" Nurlan Həsənov heç kəsin "gözünün yaşına" baxmır. Qeyd edək ki, baş memar Akif Əliyev və Abşeron İH-də digər vəzifəli şəxslər vətəndaşlardan ev tikintisinə icazə üçün rüşvət istədiklərinə görə həbsdədirlər. Bu siyahıda keçmiş başçı İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalov da var idi, bir müddət sonra o, qohumunu azad etdirə bilib.

Abdin Fərzəliyev Abşerona təyinat aldıqdan sonra bu gəlirli sahəni Nərimanov rayonunda özünün "sağ əli" olan və haqqında bir çox iddialar dolaşan Nurlan Həsənova həvalə edib. Yəni Nurlan Həsənov Nərimanov rayonunda Abdin Fərzəliyevin qara işlərini idarə etdiyi kimi, Abşeronda da eyni işləri icra etməkdədir.
 
Xatırladaq ki, Nurlan Həsənov Nərimanov İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri vəzifəsini daşıyırdı. Bu ilin fevralında isə o, öz patronu ilə birlikdə Abşeron rayonuna gəlib və Abşeron İH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsini daşıyır. Ancaq onun rəsmi vəzifəsi nə qədər kiçik görünsə də, qeyri-rəsmi olaraq külli ixtiyar sahibidir. 

Bir müddət əvvəl saytımıza şikayət edən bir sahibkar bildirirdi ki, onun Xırdalan parkındakı kiçik obyekti elə ilk gündən Nurlan Həsənovun diqqətini cəlb edib və həmin obyetin fəaliyyətinin davam etdirə bilməsi üçün kiçik sahibkardan külli-miqdarda pul istənilib. Sahibkar həmin pulu verə bilmədiyi üçün obyektini bağlamağa məcbur olub və Nurlan Həsənov da həmin yeri bir başqasına satıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook