SON XƏBƏR

ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır

Yanvar 15
10:42 2022
ABŞ Xarici İşlər Nazirliyi həm ABŞ, həm də NATO-nun Rusiya ilə növbəti görüş keçirməyə hazır olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, Dövlət Departamentinin rəhbəri Entoni Blinken bu barədə Alyansın Baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

ABŞ və müttəfiqləri Rusiyanı Ukraynaya qarşı "davam edən təcavüzü” azaltmaq üçün təcili addımlar atmağa çağırıb.

Xatırladaq ki, yanvarın əvvəlində Cenevrə və Brüsseldə ABŞ və NATO-nun təhlükəsizlik təminatına dair məsləhətləşmələr keçirilib. Yanvarın 13-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası baş tutub.

Qeyd edək ki, son zamanlar Qərb dövlətləri Rusiyanın Ukraynaya mümkün müdaxiləsindən danışır. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı gərginliyin əsassız artması adlandırıb. O vurğulayıb ki, Rusiya heç kimə təhlükə yaratmır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook