SON XƏBƏR

"2030-cu ilə qədər inkişaf strategiyası müəyyənləşdirilib" - Elman Rüstəmov

Oktyabr 20
13:01 2021
"Azərbaycanda post-pandemiya, postneft və postkonflikt dövrünün çağrışlarını nəzərə alan ölkə prezidenti 5 milli prioritet müəyyənləşdirib".

"Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

"Bu günlərdə hökumət və AMB yeni milli inkişaf strategiyası müəyyən edib. Bu strategiya 2030-cu ilə qədər hesablanıb. Onun 1-ci mərhələsi 2022-2026-cı illəri əhatə edəcək. Bu strategiyanın əsas elementləri iqtisadi artım, iqtisadi şəffaflıq, şaxələnmə, yaşıl iqtisadiyyat, ətraf mühit, inkluzivlik və digər dünyada baş verən ən müasir proseslərə cavab olaraq müəyyənləşdirilib. Strategiyada ən mühüm istiqamətlərdən biri bütövlükdə iqtisadiyyatın şaxələndirilməsidir, dövlət investisiyalarının özəl investisiyalarla əvəz edilməsidir. Burda bank sektorunun üzərinə olduqca böyük məsuliyyət düşür, sektorun qarşısında olduqca böyük çağırışlar var", - o deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook