SON XƏBƏR

Türkiyədə güclü meşə yanğını başlayıb

Avqust 06
08:44 2022
Türkiyənin Hatay əyalətində güclü meşə yanğını başlayıb.

Bu barədə "Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, təbii hadisə axşam saatlarında Samandağ rayonundakı meşəlik ərazidə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook