SON XƏBƏR

Nazir generalı təqaüdə göndərdi

Yanvar 17
18:18 2022
Azərbaycanda polis generalı təqaüdə göndərilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Xatırladaq ki, S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.

Qeyd edək ki, ilk xəbəri oxu.az saytı yayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook