SON XƏBƏR

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində ata və oğlu həlak olub

Oktyabr 01
14:10 2020
Azərbaycan Ordusu qışa qədər ərazi bütövlüyünü tam bərpa edəcək. "Report” xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov bildirib.

"Şübhə etmirəm ki, qışa qədər Azərbaycan ərazilərindəki bütün erməni silahlı birləşmələrini və işğalçı hakimiyyəti məhv edərək ərazi bütövlüyünü tam bərpa edəcək”, - o, "Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. 

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook