SON XƏBƏR

100-dən çox gömrük əməkdaşı cəzalandı - Video

İyun 06
00:10 2016
"Yaşıl dəhlizin" yaradılması ilə gömrük sahəsində rüşvət kimi neqativ halların birmənalı şəkildə aradan qaldırıldığını deyə bilərik.
 
Bu sözləri ANS-in "Hesabat” verilişində Mir Şahinə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
 
Yaşıl dəhlizin tətbiqinin yükdaşımalara aid edildiyini söyləyən Komitə sədri bunun sənədlər təqdim olunarkən gömrük baxışı nəzarəti həyata keçirilmədən yüklərin təyinatı üzrə çatdırılmasından ibarət olduğunu bildirib. 
 
Daha sonra Komitə sədri Qırmızı Körpü sərhəd keçid məntəqəsində yaranan problemlərdən, vətəndaşların gətirdikləri malların gömrük işçiləri tərəfindən ölkəyə buraxılmaması ilə bağlı iddialara aydınlıq gətirib.
 
Fiziki şəxslər üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydaların oluduğunu xatırladan A.Əliyev həmin qaydalara əsasən, hər bir fiziki şəxsin öz istifadəsi, öz təlabatı üçün məhsul keçirə biləcəyini vurğulayıb. Aydın Əliyev bu qaydalara məhəl qoymayaraq qanunsuz yolla ölkəyə tütün məhsulları və spirtli içkilər keçirməyə çalışan bəzi işbazların qarşısnın aldındığını diqqətə çatdırıb.
 
"Dəfələrlə sərhəd keçid məntəqələrində gömrük orqanı əməkdaşlarına hücum ediblər, onlara xəsarətlər yetirilib, məntəqələrin pəncərələri sındırılıb. Həmin şəxslər haqında hüquq mühafizə orqanları tədbir görür. Onlar cinayət məsuliyyətinə cəlb olunacaq”, - deyə Komitə sədri vurğulayıb.
 
Müsahibə zamanı avtomobillə ölkəmizə gələn insanların depozitlə bağlı problemlərinə də toxunulub. Aydın Əliyev bu problemin aradan qalxmaq üzrə olduğunu, depozitin tətbiqinə başlanıldığını bildirib.
 
Daha sonra gömrük əməkdaşı və vətəndaş təmasının aradan qaldırlması sahəsində aparılan islahatlardan danışan A.Əliyev müəyyən neqativ halların olduğunu və bunlarla daim mübarizə aparıldığnı söyləyib.
 
"Gömrük sistemində son illər ərzində intizam qaydalarına cəlb olunma statistikasına görə 5 ay ərzində 100-dən çox gömrük əməkdaşı cəzalandırılıb", - deyə Aydın Əliyev qeyd edib.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook