SON XƏBƏR

Zurabişvili İlham Əliyevi Batumiyə dəvət etdi

Fevral 27
16:44 2019
Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlı həmkarı İlham Əliyevi Batumiyə dəvət edib. 

Qlobal.az xəbər verir ki, bu barədə Zurabişvili Azərbaycan prezidenti İlham Əliyev ilə Bakıda mətbuata bəyanatı zamanı məlumat verib.

"Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik.

Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir”, - Gürcüstan prezidenti bildirib. 

O əlavə edib ki, Batumidə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi planlaşdırılıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook