SON XƏBƏR

Zurab Xonelidze:Qarabağ təkcə Azərbaycanın deyil, bütün regionun problemidir

Dekabr 15
02:02 2017
Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun problemidir.
 
Axar.az xəbər verir ki, bu fikri Gürcüstandakı Suxumi Dövlət Universitetinin rektoru, professor Zurab Xonelidze universitetdə tələbələr qarşısındakı çıxışı zamanı deyib.
 
Rektor bildirib ki, bu gün Azərbaycan və Gürcüstan eyni problemi yaşayır. Hər iki ölkə ərazilərinin 20 faizini itirib. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bəzi siyasətçilər bunun daxili problem olduğunu iddia edib məsələdən yayınmaq istəyirlər. Lakin Dağlıq Qarabağ münaqişəsi daxili problem deyil. Bu, bizim regionu və dünyanı narahat edən problemdir. Dünya ictimaiyyəti Azərbaycanın və Gürcüstanın problemlərinə biganə qalmamalıdır. Hər iki münaqişə sülh yolu ilə həll olunmalı, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü təmin olunmalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook