SON XƏBƏR

Özünü bankın qabağında yandıranın kimliyi məlum oldu

May 24
12:51 2017
"Bank Respublika”nın "Azneft” filialı qarşısında özünü yandıran şəxsin kimliyi məlum olub. 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bankın müştərisi olan həmin şəxs Ramiz Manaf oğlu Manafovdur. 17.10.1953-cü il təvəllüdlü Ramiz Bakının Yasamal rayonunda qeydiyyatdadır. 

Ramiz Manafovun banka nə qədər borcunun olması haqda hələ ki, dəqiq məlumat yoxdur. 

Xatırladaq ki, özünü yandıran şəxs bankın işçiləri və mühafizə xidmətinin əməkdaşının müdaxiləsi nəticəsində xilas edilib, xəstəxanaya aparılıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook