SON XƏBƏR

“Üzümü ölkə daxilindəki bədxahlarımıza tuturam…” – Yaqub Mahmudov

Mart 14
13:30 2018
"Bu gün Tarix İnstitutuna qara yaxanlar var. "Facebook”da, orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər”.
 
APA-nın xəbərinə görə, bu sözləri azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. "Xocalıda günahsız insanları qətlə yetirən ermənilərin başını sığallamalıyıq?! Mən instituta rəhbərlik etdiyim dövrdə 412 kitab çap olunub. Bunun yalnız 12-si soyqırımılarla bağlıdır. Mən üzümü ölkə daxilindəki bədxahlarımıza tutaraq deyirəm ki, bizim yazdığımız əsərləri oxusunlar və fikirlərini dəyişsinlər", – deyə o, söyləyib.
 
Y. Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Hindistan arxiv sənədləri əsasında kitablar çap olunacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook