SON XƏBƏR

Ziyafət Əsgərov: “Ə, sən kimsən, hökumətin üzərinə gəlmək istəyirsən?!”

Oktyabr 22
14:06 2019
"Özlərinə müxalifət deyən insanların xəyanət xronologiyasına baxanda adamı dəhşət bürüyür. Doğrudanmı bu insanlar 1990-cı ildən bəri heç dəyişməyib? A kişi, Azərbaycan kosmik dövlətdir e”.

Birinci vitse-spiker Ziyafət Əsgərov bu fikirləri parlamentdəki çıxışı zamanı söylədi. Z.Əsgərov dedi ki, Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib: "Noyabr ayında növbəti beynəlxalq tədbir keçiriləcək. 25-26 oktyabda Qoşulmama Hərəkatının zirvə görüşü Bakıda keçiriləcək. Vacib idimi belə bir vəziyyətdə siz "28 May" metrosu qarşısında aksiya keçirəsiniz? Azərbaycana asi olmaq hardan gəlir belə? Başa düşürəm, sizin sifarişçiləriniz var, sizə pul verirlər. Amma siz də azərbaycanlısınız axı”.

Birinci vitse-spiker ardınca dedi: "Azərbaycan bundan sonra da çox güclü inkişaf edəcək və bu islahatlar ona gətirəcək ki, Azərbacan dünyanın ən sayılan ölkələrindən olacaq! Konstitusiyanın 49-cu maddəsinə istinad edirlər ki, bzim sərbəst toplaşmaq azadlığımız var. Mən də razıyam, hər bir azərbaycanlı konstitusiya hüquqlarından istifadə edə bilər. Amma şərtlər də var axı. Mən soruşuram, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, siz bunları bilmirsiniz? Əminəm ki, bilirsiniz. Deməli, bulanıq suda balıq tutmaq istəyirsiniz. 1992-ci ildə mülki və siyasi hüquqlar aktını Əbülfəz Elçibəy Helsinkidə imzalayıb. Əli Kərimli, bu sənəd sizin "sevgi” bəslədiyiniz – sevgini dırnaq arasında deyirəm, çünki siz Azərbaycan xalqına xəyanət etdiyiniz kimi, ona da xəyanət etmisiniz – prezident imzalayıb. Sizin niyyətiniz təmizdirsə, metronun qarşısında niyə aksiya keçirmək istəyirsiniz? Ə, sən kimsən, hökumətin üzərinə gəlmək istəyirsən? Kimsən sən? Sənin toplaşmaq azadlığın var, mənim də istirahət etmək hüququm! Sən onsuz da hər şeyi itirmisən, Əli Kərimli, sənin heç olmasa gənclərə yazığın gəlsin!”

Z.Əsgərov Avropadana Bakıya ünvanlı bəyanatlara da cavab verdi: "Əvvəla, bizimlə diktə ilə danışmayın, hələ siz gedin İspaniyada etdiyiniz biabırçılıqları araşdırın, sonra bizdən araşdırmalar tələb edərsiniz! Digər tərəfdən, biz Azərbaycan dövlətini, dövlətçiliyini, İlham Əliyevi biz göz bəbəyi kimi qoruyacağıq!”.

Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook