SON XƏBƏR

Ziyafət Əsgərov: Bu gün Azərbaycana beynəlxalq baxış olduqca yüksək səviyyədədir

Aprel 13
14:43 2017
«Bu gün Azərbaycana beynəlxalq baxış  olduqca yüksək səviyyədədir». Bu fikri Milli Məclis sədrinin birinci müavini Ziyaət Əsgərov deyib.
 
Z.Əsgərov bildirib ki, bu gün ölkəmizin inkişaf modeli dünyada nümunə göstərilir. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuza malik olan dövlət kimi özünü təsdiqləyib.
 
«Təbii ki, bu uğurların təməlində Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilir. «Evrovison» mahnı yarışmasına, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan növbəti dəfə dünyanın diqqətini özünə yönəldəcək. IV İslam Həmrəyliyi Oyunlarına ev sahbiliyi etməklə bir daha ölkələr, xalqlar arasında dostluq körpüsünü möhkəmləndirəcək, malik olduğumuz imkanları dünyaya təqdim edəcəyik»- deyə, Z.Əsgərov vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook