SON XƏBƏR

Ziyafət Əsgərov: Azərbaycanda məhkəmələrə göstərilən diqqət bu sahəyə inamı artırıb

İyul 01
10:42 2017
"Azərbaycanda məhkəmələrə göstərilən diqqət bu sahəyə inamı artırıb”.
 
Bu fikri  Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
 
Z. Əsgərov bildirib  ki, məhkəmədə işlərin sayı xeyli artıb. Hakimlər işlərinin vəzifəsindən layiqincə gəlməyə çalışırlar. Lakin bütün bunlara baxmayaraq, yeni çağırışlar nəzərə alaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir. Onun sözlərinə görə, Prezidentin Sərəncamı əsasında məhkəmə sisteminin elektronlaşması nəticəsində vətəndaşlar elektron sistemlə məhkəməyə müraciət edə bilir: "Vətəndaşlarımız yeni sistem əsasında şəxsi kabinet yaratmaqla məhkəmələrə ərizələri verir, məhkəmə rüsumlarını belə elektron qaydada ödəyə bilirlər. Ölkəmizdə 9 məhkəmə üçün yeni bina inşa olunur”.
 
Z. Əsgərov deyib ki, ötən dövrdə hakimlərin sayı 2 dəfə artırılsa da, Azərbaycanda 100 min nəfərə 6 hakim düşür: "Lakin bu rəqəm Avropa ölkələrində 20-dir. Bu baxımdan ölkəmizdə də hakimlərin sayının artırılmasına ehtiyac var”. Onun sözlərinə görə, Azərbaycanın məhkəmə sahəsində aparılan islahatlara görə bir sıra Avropa ölkələrinə nümunə ola bilər: "Bəzən məhkəmə sistemimizə kölgə salmaq üçün bildirilir ki, Avropa Məhkəməsinin ölkəmizə qarşı qərarlarının sayı çoxalır. Lakin statistik göstəricilərə nəzər salsaq görərik ki, təkcə 2016-cı ildə Avropa Məhkəməsi tərəfindən ölkəmizlə bağlı 16 qərar qəbul edilib. Hansı ki, Yunanıstana 41, Özbəkistana qarşı 33 qərar verilib”.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook