SON XƏBƏR

Ziyad Səmədzadə: Vergi Məcəlləsinə edilən son dəyişikliklərin məqsədi vergi güzəştlərinin genişləndirilməsindən, vergi ödəyicilərinin aktivliyinin artırılmasından ibarətdir

Yanvar 06
07:44 2017
«Prezident İlham Əliyevin iqtisadi islahatlarla əlaqədar müəyyən etdiyi tədbirlər uğurla həyata keçirilir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
 
Z. Səmədzadə bildirib ki, islahatlara uyğun olaraq bir sıra qanunlarda müvafiq dəyişikliklər edilir. Onun sözlərinə görə, bu baxımdan, "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun Azərbaycanın iş adamları, istər dövlət, istər özəl sektor tərəfindən müsbət qarşılanacaq.
 
«Artıq bir neçə ildir ardıcıl olaraq Vergi Məcəlləsində dəyişiklik aparılır. Bu dəyişikliklərin əsas prinsipi vergi güzəştlərinin daha da genişləndirilməsindən, vergi ödəyicilərinin iqtisadi aktivliyinin artırılmasından ibarətdir. 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsində də sahibkarlıq subyektləri üçün kifayət qədər vergi güzəştləri nəzərdə tutulub ki, bu da investisiyanın təşviqi, iqtisadi aktivliyin artırılmasına xidmət edir»- deyə, komitə sədri vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook