SON XƏBƏR

Ziya Məmmədovun adamları ucarlılara Qaradağın saxta sementlərini satır? - ŞİKAYƏT (FOTOLAR)

Yanvar 09
23:24 2018
Qlobal.az Ucar rayonu Alpı kənd sakini Əhmədov Novruz Həsənqulu oğlu tərəfindən elektron poçta göndərilmiş şikayət məktubunu təqdim edir:
                          
"Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədova məxsus olan Ucar rayonu dörd yol ərazisində yerləşən "Halal İnşaat" adlı pərakəndə və topdansatış bazasında saxta tikinti materialları satıb vətəndaşlara ziyanlar vururlur. Həmçinin alış-veriş zamanı ödənilən pula görə təqdim edilən kassa ödəniş qəbzləridə saxtadır. Ancaq bunun qarşısı alınmır, heç bir tədbir görülmür.
 
Ucar rayonunun dörd yol ərazisində Qarabörk kəndində yerləşən "Halal İnşaat" topdan və pərakəndə bazasının əsil sahibi Ziya Məmmədovun qardaşı İldırım Məmmədovdur. Buranı Rafael Məhərrəmov adlı şəxs işlədir. Maqazinin bütün sənədləri Rafaelin atası Maariif Məlik oğlu Məhərrəmovun adınadır. 2017-ci ilin aprel ayı tarixində "Halal İnşaat" dan 180 ədəd 50 kloqramlıq kisə Qaradağ YR-500 markalı sement, 612 metr armatur, 2 maşın qum və 2 maşın doğranmış çınqıl aldım. Həmin materiallarla həyətyanı sahəmdə tikinti özülü hazırlandı beton töküldü. Ancaq sement tam keyfiyyətsiz olduğu üçün 15 gün keçməsinə baxmayaraq tökülən beton tam yararsız oldu bərkimədi. Bununla da mənə 3500 manat maddi ziyan dəydi. Bu barədə "Halal İnşaat" bazasına məlumat verdim. Oranı işlədən Rafael Məhərrəmov evimə gəlib tikintiyə baxdı və bildirdi ki, belə hallar olur bu bizilik deyil. "Qaradağ sement zavodu saxta sement istehsal edirsə buna mən nə etməliyəm". Mən bu qanunsuzluq saxtakarlıq barədə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ərizəsi ilə müraciət etsəm də heç bir tədbir görülmədi. Hətta  aldığım tikinti materiallarına görə "Halal İnşaat" bazasına ödədiyim pulun kassa qəbzinin saxta olmasını da mənə Ucar rayonunda yerləşən vergi idarəsinin əməkdaşı bildirdi. Bunu isə vergidən gəlir yayındırmaq məqsədi ilə edirlər. Bu minvalla "Halal İnşaat"-da hər ay vergidən küllü miqdarda gəlir gizlətməklə dövlətə ziyanlar vurular. Bu qədər saxtakarlığın qarşısında əlimdə subutlarımın olmasına baxmayaraq "Halal İnşaat" barəsində heç bir tədbir görülmədi. Çünki "Halal İnşaat" sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun himayəsi altında fəaliyyət göstərir. Sonradan mənə dedilər ki, adını halal qoymuş bu bazada haram işlər görülür ki, buna görə tək mən yox çoxlu sayda vətəndaşlara ziyanlar dəymişdir. Digər Ucar sakinlərinin bu bazadan aldıqları Qaradağ sementləri saxta çıxmış onlara dəymiş ziyanlar ödənilməmişdir. Uzun müddətdir ki, bu saxtakarlıq "Halal İnşaat"-da davam etsə də qanunu tədbir görülmür. Belə çıxır ki, "Halal İnşaat" bazası pul qazanmaq üçün Qaradağ sement zavodu ilə əlbir olub saxta sementləri camaata satırlar. Mən kasıb adamam bir neçə il boğazımdan kəsib tikinti üçün pul yığmışdım ki, oda Ziya Məmmədovun qardaşının himayəsində saxta fəaliyyət göstərən yaramazlara qurban getdi.                                                    

25 yanvar 2018-ci il tarixdə İqtisadiyyat Naziri cənab Şahin Mustafayev Ucar rayonunda vətəndaşların qəbulunu keçirəcək ki, həmin qəbula mən də yazılmışam. Mən mətbuat vasitəsi ilə həm Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edib məlumat verirəm ki, Qaradağ sement zavodunun məhsullarını almayın, ehtiyatlı olun, oranın sementləri saxta və keyfiyyətsizdir. Həmçinin İqtisadiyyat Naziri cənab Şahin Mustafayevə, Vegilər Naziri cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirəm Ucar rayonunda saxta və qanunsuz fəaliyyətlə məşğul olan "Hlal İnşaat" bazasında ciddi yoxlama aparılmasına tapşırıq verəsiniz. Onlar belə saxta və qanunsuz fəaliyyətləri ilə dövlətə, vətəndaşlara küllü miqdarda ziyanlar vururlar.Onların mənə təqdim etdikləri ödəniş qəbzi saxtadır ki, bu birbaşa cinayət əməlidir. Xahiş edirəm ciddi tədbirlər görəsiniz."
 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az
 

 

 









Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook