SON XƏBƏR

Ziya Məmmədov özündən çıxdı: “Sökməsinlər e, qoy lap partlatsınlar”

Yanvar 25
15:29 2019
Mətbuatda sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Garant-Holdinq”in prezidenti Anar MəmmədovunBakıdakı 33 mərtəbəli hoteli ilə bağlı yeni məlumat yayılıb. İnformasiyada qeyd olunur ki, ötən ilin aprelində yanğın baş vermiş və əvvəlki adı "Trump Tower Baku”, sonrakı adı isə "Yelkən hotel” olan binanın fasadı tam dəmir çərçivələrə alınıb. İddialara görə, bu həmin hoteli söküləcəyi ilə bağlı şübhələri artırır.

Qlobal.az xəbər verir ki, azxeber.com məsələyə sabiq Nəqliyyat naziri Ziya Məmmədovdan özündən münasibət öyrənib. Sualı əsəbi qarşılayan sabiq nazir bildirib ki, bu xəbərlər şaiyədir: 

"Onu deyən qələt edir. Sökmürlər e, qoy lap partlatsınlar. Nə otel, otel nədir? Mən ilk dəfədir eşidirəm bunu. Boş-boş şeylərlə özünüzün də vaxtını almayın, mənim də. Otel lap tutaq ki, kiminsə olub və söküblər? Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma heç bir aidiyyatı yoxdur”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook