SON XƏBƏR

“Zeytun budağı” əməliyyatından acı xəbər – Türkiyə bu gün 7 şəhid verdi, bütün atəş hədəfləri məhv edildi

Fevral 04
01:33 2018
"Zeytun budağı" əməliyyatı çərçivəsində bu gün Türkiyə ordusu daha 7 şəhid verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Afrin və adıçəkilən bölgə ilə Türkiyənin Kilis şəhəri sərhədində PYD terrorçuları ilə gedən döyüşlərdə  iki türk əsgəri həlak olublar.

Axşamüstü isə  PYD terrorçuları Afrində Türkiyə ordusunun mövqeyini raket atəşinə tutub. Nəticədə 5 türk əsgəri şəhid olub, bir neçə əsgər isə yaralanıb.

Türkiyə ordusunun Baş Qərargahı bütün atəş nöqtələrinin məhv edildiyini, şəhidlərin qanının dərhal alındığını bəyan edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook