SON XƏBƏR

Üzeyir Hacıbəyli ilə bağlı II Respublika festivalı keçiriləcək

Yanvar 06
07:34 2017
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən bu il aprelin 10-dan 17-dək "Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı II Respublika festivalı keçiriləcək.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, festivalın "Fortepiano”, "Bəstəkarlıq”, "Solo oxuma”, "Orkestr alətləri” nominasiyaları üzrə keçirilməsi nəzərdə tutulur.

Sözügedən festivalın məqsədi milli lad sisteminin Avropa alətlərində (fortepiano, violin, vilonçel və nəfəs və zərb alətləri) ifa edilməsi, respublikanın musiqi məktəbləri və incəsənət məktəblərinin təlim-tərbiyə prosesində milli musiqinin didaktik rolunun gücləndirilməsindən ibarətdir.

Qeyd olunub ki, festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.

loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook