SON XƏBƏR

Zərərçəkmişlər Akif Çovdarova yüngül cəzanın verilməsini istədilər

Avqust 21
13:35 2017
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir.
 
Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər və onların nümayəndələri çıxış edib.
 
Məhkəmədə Tağı Əhmədovun hüquqi nümayəndələri də çıxış edib. Nümayəndələr mülki iddialarının təmin edilməsini tələb ediblər. Bildirək ki, Tağı Əhmədovun mülki iddiası 3 milyon manatdır.
 
Vəkil Cavid Rzazadə bildirib ki, digər zərərçəkmişlər də çıxışlarında mülki iddialarının təmin edilməsini və təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsini istəyiblər.
 
Zərərçəkmişlərdən yalnız "Vosmoy" bazarı epizodu üzrə zərərçəkmiş kimi tanınan Cəfər Səfərov Akif Çovdarova ağır cəza verilməsini istəyib. Bildirək ki, bazar əvvəl Səfərov qardaşlarının olub. Onlar bazarın əllərindən zorla alındığını iddia edirlər. Hazırda bazarın 50 faizi Akif Çovdarova, 50 faizi isə general Hilal Əsədova məxsusdur.
 
Həbs edilən MTN zabitlərinin vəkilləri isə çıxış üçün vaxt istəyib.
 
Məhkəmə proses avqustun 28-dək təxirə salınıb.
 
Bildirək ki, prokuror Akif Çovdarova cəza istəyib. Dövlət ittihamçısı Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook