SON XƏBƏR

Zərdabda kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanıldı

Avqust 08
19:44 2020
Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, rayonun Bıçaqçı kəndi ərazisində yerləşən "Kəndimiz” adlı kafedə rayon sakini Hüseyn Rəhimovun xüsusi karantin qaydalarını pozaraq özü üçün ad günü mərasimi təşkil etdiyi məlum olub.Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı, o cümlədəm kafenin sahibi Sənan Zayidli və həmin məclisdə iştirak edən daha 6 nəfər Zərdab rayon sakini xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və məclisin iştirakçıları barəsində Polis Şöbəsində  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Onların törətdikləri qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar Zərdab Rayon Məhkəməsinə göndərilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook