SON XƏBƏR

Zəlzələdə evi dağılanlar üçün mənzil kirayələndi

Fevral 09
12:08 2019
Şamaxıda zəzlələ səbəbindən yararsız hala düşən evlərin sayı 41-ə çatıb.

Qlobal.az qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 5-i gecə saatlarında baş verən zəlzələdən sonra rayon İcra Hakimiyyətinə bu günə qədər 1484 müraciət daxil olub. FHN-in əməkdaşları ilə birgə, icra nümayəndələrindən ibarət komisiya müraciət edilən 1484 evdən bu günə kimi 375-nə baxış keçirib. 

Məlum olub ki, 41 ev tamamilə yaşamaq üçün yarasızdır. Eyni zamanda 135 evin bərpasına, 42 evin təmirinə ehtiyac var. 87 ev qənaətbəxş hesab edilib.

Şəhər ərazisində yaşamaq üçün yararsız olan ev sakinləri üçün 12 mənzil kirayələnib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook