SON XƏBƏR

Zəlzələ nəticəsində Ağdamda 130-dan artıq evə ziyan dəyib

Noyabr 16
10:08 2017
Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 130-dan artıq evə ziyan dəyib.
 
Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
 
İcra başçısı bildirib ki, kəndlərdə evlərə dəymiş ziyanla bağlı araşdırmalar davam edir: "Hələlik ilkin məlumata görə, 132 ev, 1 məktəb binasında çatlar əmələ gəlib.
 
Çəmənli kəndində 36, Əfətti kəndində 3, Zənguşalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, Şərvənddə 5, 1-ci Dördyol qəsəbəsində 44 , Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar əmələ gəlib".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook