SON XƏBƏR

Zelenski Putinlə Donbas mövzusunda danışıqlar aparmağı xahiş etdi

Aprel 12
13:29 2021
Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanın şərqindəki münaqişənin böyüməsini müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq istəyir.

Qaynarinfo Mk.ru-ya istinadla xəbər verir ki, bu haqda Zelenskinin sözçüsü Yuliya Mendel mətbuata açıqlamasında bildirib.

Mndel Rusiyanın Ukraynanın şərq sərhədində 40.000, Krımda isə 40.000-dən çox hərbçi yerləşdirdiyini deyib.

"Prezident administrasiyası, əlbəttə ki, Vladimir Putinlə danışmağı xahiş etdi. Hələ bir cavab almamışıq və bunun dialoqdan imtina anlamına gəlmədiyinə çox ümid edirik", - deyən sözçü Zelenskinin Parisə Donbasdakı münaqişə ilə bağlı danışıqlar aparmaq üçün getdiyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook