SON XƏBƏR

Zəhranın qətli ilə əlaqədar ABŞ bəyanatla çıxış edib

İyul 07
06:47 2017
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı xüsusi bəyanatla çıxış edib.
 
Virtualaz.org xəbər verir ki, həmin bəyanatda deyilir: "ABŞ narahatdır ki, çərşənbə axşamı günü Dağlıq Qarabağda atəşkəs yenidən pozulub. Bu, dinc əhali arasında, o cümlədən 2 yaşlı uşağın ölümünə gətirib çıxarıb.
 
Biz ölənlərin ailələrinə başsağlığı veririk. Həmçinin tərəfləri atəşi dayandırmağa və danışıqlar masasının arxasına keçməyə çağırırıq. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir”, - Dövlət Departamentinin nümayəndəsi deyib. 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook