SON XƏBƏR

Zaxarovanın təhqirinə Amaşovdan – Cavab

Aprel 28
11:42 2017
Mariya Zaxarovanın Azərbaycan jurnalistlərini təhqir etdiyi videoya baxdım. Onun jurnalistin sözünü kəsməsi, Azərbaycan jurnalistləri ilə bağlı yağdırdığı o həqarətlər qeyri-etikdir.
 
Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycan jurnalistlərini təhqir etməsi olayına münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov bildirib ki, Zaxarovanın azərbaycanlı jurnalistləri təhqi etməsi Rusiya XİN nümayəndəsinə yaraşmayan bir hərəkət idi:
 
"Zaxarovanın vəzifəsi Rusiya XİN-in sözcüsü kimi jurnalistlərin suallarını dinləmək və təmsil etdiyi qurumun səlahiyyətləri müstəvisində onları cavablandırmaqdır. Çox təəssüf ki, biz bunu görmədik, əksinə, mətbuat xidmətinin hərəkətlərinə yaraşmayan bir mövqe sərginləndi, sual verən azərbaycanlı jurnalist təhqir olundu və təmsil etdiyi ölkənin jurnalistlərinə həqarətlər yağdırıldı. Biz bunu birmənalı olaraq pisləyirik. Zaxarova Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə niyə olduğunu çox yaxşı bilir. Zaxarova onu da çox yaxşı bilir ki, Dilqəm və Şahbazın üzərində qanunsuz məhkəmə quruldu və bu, beynəlxalq hüquqa ziddir.
Zaxarova bu hadisələri araşdırarkən paralellər aparsa, yəqin ki, baş verən olayların dəqiq olduğunu anlayacaq. Hesab edirəm ki, Zaxarovanın azərbaycanlı jurnalsitlərə qarşı bu hərəkətləri onun tutduğu vəzifəyə qeyri-adekvat olmaqla bərabər, həm də qeyri-peşəkarlığından xəbər verir”.
 
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib. O, APA-nı təmsil edən Fərid Əkbərovun 2014-cü ilin dekabrında qondarma "DQR” məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq kəsərək Azərbaycan mətbuatında bu səpkidə yazılan yazıları "xamlıq” adlandırıb



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook