SON XƏBƏR

Zaur Qəhrəmanov: "Türkiyədəki layihələrə 9,5 mlrd. dollar xərclənib"

Yanvar 23
10:15 2017
"Azərbaycan və SOCAR dünyanın bir çox ölkəsinə investisiyalar yatırır. 18 mlrd. dollarlıq investisiya ilə Türkiyə ilk sıradadır. İndiyədək bu proqramın 9,5 mlrd. dollarlıq hissəsi həyata keçirilib”.
 
"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu "SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib.
 
Onun sözlərinə görə, qalan hissə isə qarşıdakı illərdə yatırılacaq və 2020-ci ildə tamamlanacaq: "4-5 illik deyil, uzun müddət bu ölkədə olacağıq. Türkiyə lirəsi və Azərbaycan manatının ucuzlaşması planlarımıza təsir göstərəcək amillər deyil”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook