SON XƏBƏR

Zaur Əliyev: Ölkədə icbari tibbi sığortanın tətbiq olunması vətəndaşlar üçün səhiyyənin əlçatanlığı baxımından mühüm rol oynayacaq

Yanvar 24
18:00 2017
«Azərbaycanda səhiyyə xidmətinin maliyyələşdirilməsi əsasən dövlət tərəfindən həyata keçirilir. İcbari tibbi sığorta isə səhiyyənin maliyyələşməsinin yeni formasıdır. Dövlətin səhiyyə ayırdığı vəsaitlərlə yanaşı vətəndaşlardan toplanan sığorta haqları icbari tibbi sığortanın müasir dövrdə daha dayanıqlı və etibarlı maliyyələşmə modeli kimi tətbiq olunmasına səbəb olub». Bu fikirləri yap.org.az saytına müsahibəsində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
 
Z.Əliyev bildirib ki, icbari tibbi sığorta sistemində tibb müəssisələri çarpayı sayına görə deyil, xidmət sayına görə maliyyələşdirilir. Onun sözlərinə görə, agentlik tibb müəssisələrinə vətəndaşlara göstərilən xidmətlərə əsasən ödəniş edəcəkdir. Bu faktor səhiyyə sahəsi üçün yeni maliyyə imkanları yaradır. Belə ki, daha çox sayda xəstəyə xidmət göstərən tibb müəssisəsinə edilən ödənişlərin məbləği də yüksək olacaq.
 
«Eyni zamanda, Agentlik tibbi xidmətin alıcısı olduğundan tibb təhcizatçıları qarşısında tələblər olacaq. Əlbəttə ki, vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi və operativlik əsas tələblərdir. Ümumiyyətlə, ölkədə icbari tibbi sığortanın tətbiq olunması vətəndaşlar üçün səhiyyənin əlçatanlığı baxımından mühüm rol oynayacaq. Əlçatanlığın təmin olunması üçün Agentlik kənd tibb məntəqələrinin yenilənməsinə, səhiyyənin maddi-texniki bazasının güclənməsinə dəstək verəcək. Bununla yanaşı pilot ərazilərdəki tibb müəssisələrində baza zərfinə daxil olan tibbi xidmətlər göstərilməzsə, vətəndaşın o xidməti digər müqaviləli müəssisədə almasına şərait yaradacaq. Bu, özəl və ya dövlət tibb müəssisəsi ola bilər. Yəni sığortalı vətəndaş göstəriləcək tibbi xidmətin dəyərinin ödənilməsi baxımdan narahat olmayacaq»- deyə, Z.Əliyev vurğulayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook