SON XƏBƏR

Zaqatalada deputatlığa YAP-çı namizədin rəqiblərinin plakatları məhv edilir

Yanvar 21
00:50 2020
Zaqatalada hakim partiyanın namizədi üçün "rəqibsiz mühit” yaradılır.

Qlobal.Az xəbər verir ki, "Facebook”da yaradılmış "Zaqatala news” səhifəsində 111 saylı Zaqatala-Balakən seçki dairəsində 9 fevral seçkilərində YAP-ın rəsmi namizədi olan Kamilə Əliyevanın əsas rəqiblərinin plakatlarının məhv edildiyinə dair məlumat yerləşdirilib.

Məlumata görə, həmin dairə üzrə deputalığa namizəd Rəhman Rəsulzadənin Zaqatala şəhərində müxtəlif təşviqat lövhələrinə vurulmuş 100-ə qədər plakatı yoxa çıxarılıb.

Səhifədə paylaşılan fotoda isə təşviqat lövhəsini yalnız Kamilə Əliyevanın şəklinin "bəzədiyi” görünür. 

Mənbə:Yenicag.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook