Zakir Həsənov Türkiyəyə gedir
Mart 24
20:01
2018
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək.
"Qafqazinfo”nun Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.