SON XƏBƏR

Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib”

İyun 18
16:14 2019
"Azərbaycan xalqı Ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar".

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. O bildirib ki, beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir.

"Əsgər də, zabit də, nazir də daxil olmaqla biz hamımız Vətən, millət naminə canımızı təhlükəyə atırıq və bununla qürur duyuruq. Allah bütün şəhidlərə rəhmət etsin! Bu günlərdə Azərbaycanın hərbi qulluqçusu, mayor şəhid oldu. Bəziləri deyir ki, o mayor orada nə edib?! Şəhid mayor orada mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub", - nazir vurğulayıb.

Qeyd edək ki, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

36 yaşlı şəhid mayor, tabor komandiri idi. Şəhid Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılıb.(Modern.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook