SON XƏBƏR

Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib

May 10
09:46 2018
İzmir şəhərində keçirilən "Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da "Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar.

Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook