SON XƏBƏR

Zakir Həsənov Aprel döyüşlərinin detallarını açıqladı: "Müdafiə xəttini 18 dəqiqəyə yardıq"

Aprel 04
13:00 2019
"Aprel döyüşlərində Azərbaycan Ordusunun 20 faizi bütün Ermənistan ordusunu 3-4 günə darmadağın edib".

Qlobal.az xəbər verir ki, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib. 
 
O bildirib ki, döyüşlər zamanı ordumuz yüksək bacarıq nümayiş etdirib:

"Biz əks hücuma keçdik, ancaq itkilərimiz ondan üç dəfə az oldu. Hər bir şəhidimiz bizim üçün əzizdir. Amma ayrı yolumuz yoxdur, gərək biz Vətənimizi müdafiə edək. Döyüşlər hərbi baxımdan çətin vəziyyətdə keçdi.

Gecə dağlarda, düşmənlə birbaşa təmasdan əks hücuma keçmişdik. Yaralı zabitlərimiz döyüşdən çıxmırdılar. Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu üç gündə darmadağın etdi. Onlarda güc də yoxdur. Bir istiqamətdə hücum etmək istədilər və nəticəsi olmadı.

Azərbaycanın bir tankı minaya düşdü, sonra onu bərpa etdik, Ermənistan isə 30 tank itirdi. Bizdə top itkisi bir, ermənilərdə 15 oldu, 300-dən çox şəxsi heyət öldü. Aprel döyüşlərinin nəticəsi Ermənistan üçün faciəvi oldu.

Onların bütün siyasəti Qarabağla bağlı milləti aldatmaqdan ibarət idi. Guya müdafiə xətti qurublar. Azərbaycan ordusu 18 dəqiqə ərzində bu xətti yarmışdı. 18 dəqiqədən sonra onlar qaçmağa başladılar”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook