SON XƏBƏR

Zahir Əzəmətdən ictimaiyyətə çağırış: Mənə könüllülər ordusu lazımdır!

Yanvar 15
14:37 2020
Böyük qələbələr kiçik qələbələrdən başlayır!

45 saylı Abşeron Seçki Dairəsinin Dairə Komissiyasının absurd səbəblə namizədliyimi qeydə almaqdan imtina etməsinin məqsədi aydındır. 17 yanvarda start götürəcək təbliğat-təşviqat prosesinə mümkün qədər gec başlamağımı, prosesə hazırlıqsız yaxalanmağımı, yaradılan süni əngəllərlə vaxt itirməyimi istəyirlər.

MSK da, güman ki, mümkün qədər şikayətimə gec baxacaq. Hardasa 5 günə. Amma bununla belə, inanıram ki, qərar xeyrimizə olacaq. Çünki DSK-nın göstərdiyi səbəb çox gülməlidir.

İtirilən vaxtı kompensasiya etmək, prosesə daha hazırlıqlı getmək, ictimaiyyətin diqqətini 45 saylı dairədə baş verənlərə yönəltmək üçün hər birinizdən dəstək istəyirəm.

MƏNƏ KÖNÜLLÜLƏR ORDUSU LAZIM

Vaxtı, həvəsi, seçki prosesinə marağı olan bütün dostları, ictimai fəalları, jurnalistləri, hətta macəra axtaranları seçki prosesimizə qoşulmağa dəvət edirəm.

Bizim çoxsaylı müçşahidəçilərə ehtiyacımız var. Biz qeydə alınana qədər 45 saylı dairədən müstəqil müşahidəçi kimi qeydiyyatdan keçmək və seçki prosesində yanımızda olmaq istəyənlər, xahiş edirəm, birbaşa mənimlə əlaqə yaratsınlar. Müşahidəçi olmaq istəyənlərin 3x4 ölçüdə 2 fotoşəkli və şəxsiyyət vəsiqəsi lazım olacaq.

Xırdalan şəhəri, Mehdiabad, Masazır, Məhəmmədi, Digah və Görədil kəndlərində yaşayan fəalları da prosesə qoşulmağa dəvət edirəm.

Böyük qələbələr kiçik qələbələrdən başlayır!

BU DƏFƏ BİZDƏN BİRİ olsun!

Tel / W-p: 050 243 00 99
Mail: [email protected]


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook