SON XƏBƏR

Zahid Oruc: Minsk qrupunun fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qəbul olunmur

Oktyabr 31
18:58 2018
"ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qəbul olunmur. Çünki Minsk qrupunun həmsədrləri münaqişənin nizamlanması, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gerçək addımlar atmırlar”. Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, bu səbəbdən də ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Onun fikrincə, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında keçirilməlidir.

"Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq lazımdır ki, danışıqlar aparmaq mümkün olsun. Həmsədrlərin fəaliyyəti ilə müqayisədə, bu variantın nəticəsinə daha çox inamlı yanaşmaq olar”-deyə, deputat qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook