SON XƏBƏR

Zabil Müqabiloğlunun vəziyyəti kəskin pisləşdi

Fevral 26
17:04 2017
Ötən gecə saat 01:00 radələrində jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib

Bu barədə Pia.az saytına Zabil Müqabiloğlunun bacısı məlumat verib. 

Həkimlərin verdiyi açıqlamaya görə, qanaxmanı saxlamaq mümkün deyil. Bu isə nəticədə jurnalistin vəziyyətinin kəskin pisləşməsinə şərait yaradır. Jurnalist Zabil Müqabiloğlu hal-hazırda reanimasiyadadır və həyatı təhlükəsi var.

Xatırladaq ki, jurnalist Zabil Müqabiloğlu ötən il də mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.  Həkimlərin müdaxiləsindən sonra mədə-bağırsaq nahiyəsində qeydə alınan daxili qanaxma dayandırılmışdı. Məlum olub ki, qanaxma qaraciyərin serrozu portal - hipertensiya, qida borusu venasının varikoz genişlənməsindən  yaranıb. Zabil Müqabiloğlunun qaraciyər transplantasiyasına ehtiyacı var.

Qeyd edək ki, Zabil Müqabiloğlu uzun illər "Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə "Gunxeber.com” saytına rəhbərlik edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook