SON XƏBƏR

“Yuğ”un aktyorları “YARAT”da səhnəyə çıxacaq

Aprel 26
17:23 2017
Mayın 4-də "YARAT” Müasir İncəsənət Mərkəzi Azərbaycan Dövlət "Yuğ” Teatrı ilə birgə yazıçı Pərvin Nurəliyevanın eyni adlı pyesi əsasında hazırlanmış "Sonuncu” tamaşasını təqdim edəcək.
 
AZƏRTAC xəbər verir ki, Xalq Artisti Ramiz Həsənoğlunun quruşlu əsasında hazırlanan səhnə əsəri Azərbaycan dilində nümayiş olunacaq. Xronometrajı 70 dəqiqə olan tamaşada rolları Əməkdar Artist Fərhad İsrafilov, aktyorlar İlham Çardağlı, Hikmət Rəhimov və Ləman Novruzova ifa edəcək.
 
Səhnə əsərində qoca və tənha aktyor onun şərəfinə keçirilən benefisdən sonra yatıb teatrda qalır. Bu zaman onun yatdığı məkana gənc teatrşünas gəlir və onların arasında teatr, aktyorun keçmişi, oynadığı rollar, uğurlu tamaşalar, yaşadığı gənclik illəri, nakam məhəbbəti, sənətə vurğunluğu haqqında söhbətlər başlayır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook