SON XƏBƏR

Yutubda 2 abunəçisi olan şirkət KİVDF-nin 71 min manatlıq tenderinin qalibi oldu - FOTO

Noyabr 18
15:29 2020
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu teleradio sahəsində çalışan jurnalistlərin peşə və ixtisaslarının artırılması ilə bağlı tender keçirib.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "RR TRAVEL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

Məbləği 71 min 320 manat olan tender xarici mütəxəsislərin iştirakı ilə bağlı təlim xərclərini ödəmək məqsədi daşıyıb. 

Xərclərə 150 ədəd KİVDF logolu qələm, 150 nəfərlik nahar yeməyi, 15 müvafiq məkan (kiçik zallar), yol xərci (aviabilet) 8 nəfər, transfer (gediş-dönüş) 2 dəfə, banner (taxta karkas 40kv) x 10kv.m, nəqliyyat xərci (Sprinter) 5 gün, qonaqlama xərci (Mehmanxana) 8 nəfər x 6 gün, 150 KİVDF logolu blaknot, 150 kağız çanta logolu, iştirakçılar üçün sertifikatlar və qovluq, Coffee-break, 150 ədəd yaddaş kartı (8 GB), TV Sufler, Roll UP, yaxa kartları, vinil çapı, şam yeməyi və  ziyafət daxildir.
 
***
 
Qlobal.az olaraq qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "RR TRAVEL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Şirvanskaya Günəş Yəhya qızıdır. 

"RR TRAVEL COMPANY" MMC barəsində internet üzərində axtarış apararkən yutub portalında "Pattayanın məşhur botanika bağı "Nong Nooch Garden" (Thailand)" linkinə rast gəlinir. Əlli beş saniyəlik videoda sözügedən botanika bağı barədə tamaşaçılara məlumat verilir. 
 
Maraqlıdır ki, "RR TRAVEL COMPANY" MMC-nin yutub səhifəsində abunəçilərinin sayı 2 nəfərdir. 2019-cu ilin noyabr ayının 9-da yayımlanan videonu indiyədək cəmi 9 nəfər izləyib. 
 

 
Bu cür göstəriciləri olan şirkətin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 71 min 320 manat tenderinin qalibi elan edilməsi bir sıra suallara yol açır...
 
Qlobal.az
 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook