SON XƏBƏR

Yusif Məmmədəliyev: “Azərbaycan dövləti gənclərə güvənir”

İyul 20
13:29 2018
"Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün onlarla birgə çalışır".

Bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayında Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev bildirib.

Y.Məmmədəliyev deyib ki, Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil: "Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində Gənclər Təşkilatları Milli Şurası gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir". (APA)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook