SON XƏBƏR

Yusif Eyvazov erməni soprano ilə eyni səhnəyə çıxmaqdan imtina edib

Yanvar 14
10:03 2020
Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni soprano Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.

"Report” xəbər verir ki, bu barədə Forumopera.com saytı məlumat yayıb.

Bildirilib ki, Y. Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballında birlikdə səhnəyə çıxmalı idi. Lakin, həmyerlimiz erməni əsilli soprano ilə eyni səhnəyə çıxmaq istəməyib:

"Tədbir fevralın 7-də baş tutacaqdı. Amma erməni müğənni orada iştirak etməyəcək. Tenor qazandı və sopranonun tərk edilməsi istənilib”- məqalə müəllifi Loran Byuri yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook