SON XƏBƏR

Yuşenko və xanımı Prezident İlham Əliyevə məktub göndərdi: “Ölkəniz və xalqınız üçün dua edirik“

Oktyabr 15
23:29 2020
2005-2010-cu illərdə Ukraynanın Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Viktor Yuşenko və 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Katerina Yuşenko Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Qlobal.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Biz hazırda Azərbaycandakı vəziyyəti böyük narahatlıqla izləyirik. Tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur.

Biz kənar qüvvənin beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkənizin ərazisini işğal etməsi və beynəlxalq təşkilatların buna lazımi reaksiya göstərməməsi ilə bağlı məyusluğun nə olduğunu Ukraynada yaxşı başa düşürük.

Cənab Prezident, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri olaraq Sizin yanınızdayıq. Biz bu problemlə bağlı təbliğat işlərinin aparılması məqsədilə lazımi tədbirləri əlaqələndirmək üçün həmsədrlərimiz və baş katibimizlə sıx əməkdaşlıq edirik.

Ölkəniz və xalqınız üçün dua edirik”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook