SON XƏBƏR

Yüksək vəzifəli məmur atasının adını küçəyə verdi

Noyabr 11
11:06 2019
Jurnalist Cavanşir Həsənli Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə bağlı daha bir şok doğura biləcək məlumat paylaşıb.
 
Qlobal.az xəbər verir ki, Qax rayonunda Cümə Əhmədzadənin adına niyə küçənin olmasını sual edən jurnalist bunu anlamadığını bildirib:

"Mən anlamıram, Qaxda Cümə Əhmədzadənin adına niyə küçə olmalıdır ki?
 


Adları mütəmadi olaraq korrupsiyada hallanan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin və 73 yaşlı qardaşı, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin atası olduğu üçünmü? Kim buna razılıq verib? Nə məqsədlə? Cümə Əhmədzadə ümumiyyətlə kim olub, bəlkə mən bilmirəm, bilən varsa yazsın, nə xidmətləri olub bu xalq üçün, ölkə üçün?

Azərbaycanda Allaha şükür, az qala vəzifələrin sayı qədər korrupsioner, yaxud rüşvətxor var, gərək hamısının dədəsinin adı əbədiləşdirilsin?”
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook