SON XƏBƏR

Yüksək bal toplayanların ən çox seçdiyi ixtisas

May 19
14:06 2017
Son illərdə Azərbaycanda müəllimlik ixtisasına maraq artıb.
 
Qlobal.az trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov "SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı deyib.
 
C.Bayramov bildirib ki, 2015-2016-ci illərdə qəbul imtahanında ən yüksək - 500-700 bal toplayan 1000 nəfərdən çox abituriyent elektron ərizəsində ilk ixtisas kimi müəllimliyi göstərib.
 
Nazir müavini əlavə edib ki, 2016-cı ildə rekord sayda - 34 min nəfər müəllim mərkəzləşdirilmiş işə qəbul müsabiqəsində iştirak etmək üçün müraciət edib.
C.Bayramovun sözlərinə görə, hazırda "2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın 100-dən çox məzunu ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir: "Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq. Təhsil Nazirliyi müəllimlərin fəaliyyəti üçün bütün şəraiti yaradacaq ki, gənclər də müəllimlərin potensialından faydalana bilsin".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook