SON XƏBƏR

Yukiya Amano: "Şimali Koreyanın nüvə proqramında irəliləyişlər var"

Aprel 28
12:52 2017
"Şimali Koreya nüvə proqramının inkişafında irəliləyişlərə nail olub".

APA-nın BMT-nın saytına istinadən verdiyi məlumata görə, bunu Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Yukiya Amano deyib. Şimali Koreyanın nüvə proqramından olduqca narahat olduğunu bildirən Y. Amano xatırladıb k, bu ölkə artıq iki nüvə sınağı keçirib. Bundan əlavə, rəsmi Pxenyan raketlərin buraxılışını və digər ölkələrin ünvanına təhdidləri davam etdirir.

"Şimali Koreyanın nüvə obyektlərinə birbaşa baş çəkməsə, təşkilat həmin obyektlərin real vəziyyəti barədə qiymət verə və orada nə baş verdiyini müəyən edə bilməz. Lakin hər şey onu göstərir ki, Şimali Koreyanın nüvə proqramında irəliləyişlər var”, - deyə Y. Amano vurğulayıb. 

Qeyd edək ki, Şimali Koreya 2009-cu ildə nüvə silahının yayılmaması barədə müqavilədən çıxdıqdan sonra beynəlxalq agentliyin müfəttişləri bu ölkəni tərk etməli olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook